Azərbaycan və Çin minatəmizləmə üzrə əməkdaşlığı müzakirə edib
Bakıda keçirilən ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə Çin Xalq Respublikasının (ÇXR) müdafiə sənayesi korporasiyası olan NORINCO-nun (China North Industries Group Corporation) vitse-prezidenti Vanq Çuan arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA-nın "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Görüş zamanı humanitar minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi, texniki imkanların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
18:31 01.10.2026
Oxunuş sayı: 37