"Xameneinin vəfatı ilə ölkə çökəcək" - Pezeşkian
ABŞ-ni razılaşmaları pozmasına baxmayaraq, İran heç vaxt bu ölkə ilə dialoqdan çəkinməyib və gələcəkdə də bundan imtina etmək niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian açıqlayıb.
"Ləyaqət və şərəfimizi qorumaqla yanaşı, cəmiyyətimizin hüquqlarını da müdafiə edirik və ABŞ-nin razılaşmanı imzalamasına baxmayaraq, ölkəmizə qarşı üç dəfə hücumlar həyata keçirməsinə rəğmən, dialoqdan heç vaxt yayınmamışıq və bundan sonra da yayınmayacağıq", - deyə o qeyd edib.
İran prezidentinin sözlərinə görə, Qərb Tehranın mövcud şəraitdə dövlət işlərini idarə edə bilməyəcəyini hesablayıb: "Rəqiblər inanırdılar ki, İslam İnqilabının Ali Rəhbərinin, vətəndaşların, komandirlərin və alimlərin vəfatı ilə ölkə çökəcək. Lakin milli birliyimiz və daxili həmrəyliyimiz əhəmiyyətli dərəcədə gücləndi".
17:57 01.10.2026
Oxunuş sayı: 45