“Birliyin Gücü – 2026” təliminin nəticələri və əsas məqsədləri açıqlanıb
Birgə hərbi təlimlər ölkələrimizin ordularının inkişafında mühüm rol oynayır.
Crossmedia.az xəbər verir ki, bunu cümə axşamı müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birliyin Gücü – 2026” birgə hərbi təlimdə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimində deyib.
Nazir təlimlərin şəxsi heyətin peşəkarlığının yüksəldilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə, sülhün və sabitliyin təmin olunmasına verdiyi töhfələri xüsusi qeyd edib.
Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təliminin əsas məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. Təlim həmçinin əməliyyatların müştərək planlaşdırılması, tapşırıqların birgə icrası zamanı bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin edilməsi, qoşunların koordinasiyasının və birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılmasına yönəlib. Şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi, təlim prosedurlarının standartlaşdırılması və bölmələrin yeni döyüş imkanlarının nümayiş etdirilməsi də əsas məqsədlər sırasındadır. (Trend)
15:37 01.10.2026
Oxunuş sayı: 47