Baş nazir narahatlığını açıqladı
Böyük Britaniyanın Baş naziri Endi Börnhəm “Mançester Siti” klubunun BƏƏ-li sahiblərinin klubu satması ehtimalından narahat olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Börnhəm bu açıqlamanı klubun Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra verib.
Müstəqil komissiyanın qərarına əsasən, “Mançester Siti”yə qarşı irəli sürülən ittihamların əksəriyyəti təsdiqlənib. Qərarda klubun 830 milyon funt sterlinqdən çox gizli maliyyələşməni ört-basdır etmək məqsədilə kommersiya tərəfdaşları ilə “saxta müqavilələr” təşkil etdiyi də qeyd olunub.
Klub isə hər hansı qanun pozuntusunu törətdiyini hələ də inkar edir. “Mançester Siti”nin qərardan apellyasiya şikayəti vermək üçün oktyabrın 2-dək vaxtı var.
14:34 01.10.2026
Oxunuş sayı: 45