Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır
Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası Türk dünyasının müdafiə sənayesi sahəsində əməkdaşlığının inkişafı baxımından çox önəmlidir.
Dünyada müxtəlif müharibələr və münaqişələr baş verir. Belə bir şəraitdə müdafiə sənayesi sahəsində ölkələrimizin öz aralarında əməkdaşlıq etməsi və birlikdə işləməsi xüsusi əhəmiyyət daşıyır. Bizim əsas şüarımız “Birlikdə güclüyük”dür.
Crossmedia.az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə müsahibəsində deyib.
"TDT çərçivəsində 65-dən çox təşəbbüs və əməkdaşlıq istiqaməti müəyyənləşdirilib və müdafiə sənayesi də bu istiqamətlərdən biridir. “ADEX 2026” sərgisi çərçivəsində bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi və “yol xəritəsi” müzakirə olundu. Bu “yol xəritəsi” müxtəlif istiqamətləri, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı əhatə edir”, - deyə o vurğulayıb.
Kubanıçbek Ömüralıyev bildirib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər təkcə Türk dünyası üçün deyil, bütövlükdə dünya üçün mühüm nümunə olub.
13:14 01.10.2026
Oxunuş sayı: 38