Evdə qızıl və gümüş saxlayanlara ŞAD XƏBƏR : qiymətlər yüksəlir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
Crossmedia.az xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,2 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 1,65% artaraq 61,57 dollar təşkil edib.
10:53 01.10.2026
Oxunuş sayı: 45