Şuşada minaya düşən vətəndaşın son vəziyyəti AÇIQLANDI
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan 47 yaşlı kişi sentyabrın 28-də saat 10:20-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə yerləşdirilmişdi.
Crossmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyindən bildirilib ki, müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində aparılan 1979-cu il təvəllüdlü şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən 30.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb.
Ayhan
10:38 01.10.2026
Oxunuş sayı: 44