Zığ şosesində qəza: 8 Noyabr prospektində yol bağlandı
Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib, 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Crossmedia.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.
23:21 30.09.2026
Oxunuş sayı: 45