Netanyahu bu prezidentə İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edib
İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhəyyana İranın nüvə proqramının yenidən bərpa edildiyini göstərən yeni kəşfiyyat məlumatları təqdim edib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
İsrail tərəfi görüş zamanı İranın Tehranın təxminən 225 kilometr cənubunda yerləşən Piksox dağları ərazisində yeni tikinti işləri apardığını bildirib.
İsrail rəsmilərinin qiymətləndirməsinə görə, İran yaxın həftələr ərzində hücuma başlaya bilər.
“CNN”in məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə Səudiyyə Ərəbistanından yüksək vəzifəli rəsmi də iştirak edib.
Görüşdə husilərin fəaliyyəti, həmçinin Bab əl-Məndəb və Hörmüz boğazlarında vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
12:31 30.09.2026
Oxunuş sayı: 45