Gənc oğlan anasının sevgilisini bıçaqladı
Lənkəranda 19 yaşlı gənc anasının qeyri-rəsmi münasibətdə olduğu şəxsi bıçaqlayıb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məlumata görə, Firuz Nəcəfov (şərti ad) anasının münasibətdə olduğu şəxslə mübahisə edib və onu bıçaqlayıb.
Məhkəmə prosesində zərərçəkmiş şəxs şikayətçi olmadığını bildirib. Bununla əlaqədar olaraq cinayət işinə xitam verilib və gənc məsuliyyətdən azad edilib.
Hadisənin digər detalları açıqlanmayıb.
15:15 29.09.2026
Oxunuş sayı: 61