Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
İtaliyanın Baş naziri Ciorcia Meloni SOCAR-ın nəzarətində olan “IP” şirkətinin ölkə üzrə benzin və dizel yanacağının qiymətlərini məhdudlaşdırmaq qərarından sonra Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Meloni “Eni” şirkətindən sonra “IP”nin də ölkə üzrə yanacaq qiymətlərini məhdudlaşdırmaq qərarına gəldiyini bildirib.
İtaliya hökumətinin başçısı bunun ölkə ailələrinə göstərilən mühüm diqqət nümunəsi olduğunu və yanacaq qiymətlərinin artımının qarşısının alınmasına konkret töhfə verə biləcəyini qeyd edib.
Meloni Azərbaycan Prezidenti İlham Əliyevə “əməkdaşlığımızı gücləndirən bu diqqətə görə” təşəkkürünü bildirib. O, həmçinin SOCAR prezidenti Rövnəq Abdullayevə təşəkkür edib.
Baş nazir İtaliya hökumətinin, xüsusilə mürəkkəb beynəlxalq vəziyyət fonunda, ailələrə dəstək və onların alıcılıq qabiliyyətinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
09:20 28.09.2026
Oxunuş sayı: 42