Ərdoğan Hörmüz boğazındakı vəziyyətin qlobal problemə çevrildiyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazında gəmiçiliklə bağlı problemin artıq yalnız ABŞ və İran arasındakı məsələ olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Ərdoğan jurnalistlərə açıqlamasında Hörmüz boğazının gəmiçilik üçün bağlanmasına qarşı olduqlarını deyib. O, boğazda gəmiçilik azadlığının qorunmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, Hörmüz boğazındakı istənilən gərginlik region ölkələri ilə yanaşı, Avropa və Asiyaya, enerji bazarlarına, nəqliyyata və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir.
Ərdoğan bildirib ki, boğaz problemlərin dialoq və danışıqlar yolu ilə həlli üçün açıq qalmalıdır. Onun sözlərinə görə, kommersiya gəmiçiliyinin həcminin kəskin azalması problemin miqyasını göstərir və boğazın açılması qlobal enerji təhlükəsizliyi ilə beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyır.
O, tərəfləri yeni cəbhələr açmaq əvəzinə mümkün qədər tez danışıqlar masasına qayıtmağa və yeni diplomatik kanallar yaratmağa çağırıb.
23:33 24.09.2026
Oxunuş sayı: 50