Aİ Rusiyada keçirilən seçkilərə müdaxilədə ittiham olunub
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin Avropa İttifaqının Dövlət Dumasına keçirilən seçkilərə müdaxilə etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Narişkinin sözlərinə görə, Aİ-nin seçkilərin nəticələrini əvvəlcədən mənfi qiymətləndirmək üçün sənəd hazırladığı barədə məlumat qeydə alınıb. O bildirib ki, seçkilərin nəticələrinin pis elan edilməsi üçün Avropa Komissiyasında əvvəlcədən müvafiq sənəd hazırlanıb.
Rusiya rəsmisi bunu seçki prosesinə müdaxilə kimi qiymətləndirib.
23:23 24.09.2026
Oxunuş sayı: 38