Putin G20 sammitində iştirak qərarını özü verəcək
Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərarı şəxsən özü verəcək.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva sammitə dəvətlə bağlı bütün halları nəzərdən keçirəcək. Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı konkret qərar yoxdur.
Ryabkov qeyd edib ki, yekun qərarı daha sonra Rusiya prezidenti özü qəbul edəcək.
23:14 24.09.2026
Oxunuş sayı: 39