Əfqanıstan Pakistanın hava zərbələrinə etiraz etdi
Əfqanıstan Pakistan ordusunun ölkənin Kandahar, Paktia və Xost vilayətlərinə endirdiyi hava zərbələrinə etiraz edib.
Crossmedia.az xəbər verir ki, “Afghanistan International” bu barədə məlumat yayıb.
Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistanın Kabuldakı müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib. Nazirlik zərbələri ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
Əfqanıstan tərəfi Pakistanın təhlükəsizlik təhdidinin Taliban tərəfindən yaradıldığı barədə iddialarını da rədd edib. Bildirilib ki, bu cür ittihamlarla hərbi əməliyyatlara haqq qazandırılması faktların təhrif edilməsinə və regionda gərginliyin daha da artmasına səbəb olur.
Qeyd edək ki, Pakistan daha əvvəl Əfqanıstan ərazisinə hava və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlamışdı.
21:35 24.09.2026
Oxunuş sayı: 37