Sergey Lavrov jurnalistlərlə bağlı gözlənilməz ifadə işlətdi
Rusiya xarici işlər naziri Sergey Lavrov MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüş zamanı jurnalistlərlə bağlı zarafat edib.
Crossmedia.az xəbər verir ki, RİA novosti bu barədə məlumat yayıb.
Görüş zamanı Lavrov jurnalistlərin çoxluğuna diqqət çəkərək Qrossiyə müraciətlə onların sayının qarşı tərəfin nümayəndə heyətindən çox olduğunu bildirib. Qrossi buna “Bu, heç nədir” cavabını verib.
Bundan sonra tərəflər görüşü işıqlandıran çoxsaylı jurnalistlərə diqqət yetiriblər. Lavrov isə zarafatla “Bu, Rusiya təbliğatıdır” deyib.
Qeyd edək ki, Lavrov sentyabrın 23-də BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətə həsr olunmuş iclasında çıxış edib. O, Moskvanın Ukrayna münaqişəsi üzrə davamlı sülhə nail olmaq məqsədilə danışıqlara hazır olduğunu bildirib, lakin məsləhətləşmələr zamanı döyüşlərə fasilə verilməsinin nəzərdə tutulmadığını deyib.
21:28 24.09.2026
Oxunuş sayı: 41