Aİ rəsmisi Putinin G20-yə dəvətini tənqid edib
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putinin G20 sammitinə dəvət olunmasını tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” Kallasın açıqlamasına istinadən məlumat yayıb.
Kallas ABŞ administrasiyasının Putini G20-yə dəvət etməsinin onun üçün “çox çətin qəbul edilən” qərar olduğunu bildirib.
O, bu mövqeyini ABŞ ərazisində cinayət törətməkdə ittiham olunan Rusiya kəşfiyyat əməkdaşları ilə bağlı son hadisələrlə əlaqələndirib və həmin şəxslərin göstərişləri Rusiya prezidentindən aldıqlarını iddia edib.
Kallas həmçinin Putinin beynəlxalq tədbirlərdə iştirakının normallaşmaya səbəb ola biləcəyini bildirib.
21:21 24.09.2026
Oxunuş sayı: 45