Zelenski müharibədən sonra Ukraynada yaşamaq istədiyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə və prezidentlik müddəti başa çatdıqdan sonra ölkəsində yaşamağa davam etmək istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın müsahibəsinə istinadən məlumat yayılıb.
Zelenski bildirib ki, fəaliyyətini elə qurmağa çalışır ki, müharibədən və prezidentlik müddətindən sonra Ukraynada küçələrdə sərbəst gəzə bilsin və vətəndaşların ona qarşı nifrət hissi olmasın.
O, prezident kimi qəbul etdiyi qərarların və müharibə dövründə yol verilən səhvlərin gələcək həyatına təsir etməməsini istədiyini deyib.
Zelenski həmçinin ölkəsində yaxşı insanların çox olduğuna ümid etdiyini bildirib.
21:06 24.09.2026
Oxunuş sayı: 38