Ermənistan qaz təchizatında bir mənbədən asılılığı azaltmaq istəyir
Ermənistan qaz təchizatında yalnız bir boru kəmərindən və bir mənbədən asılı olmaq niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə “ARKA” Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın açıqlamasına istinadən məlumat yayıb.
Simonyan qazın qiymətinin yalnız maliyyə göstəricisi olmadığını, onun siyasi komponentinin də olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan bundan sonra bir boru kəmərindən, bir mənbədən və ya hər hansı tərəfin qərarından asılı vəziyyətdə qalmaq istəmir.
Simonyan ölkə iqtisadiyyatının müxtəlif sahələrində diversifikasiya prosesinin davam etdiriləcəyini vurğulayıb. O, mümkün alternativlər arasında Azərbaycandan və İrandan qaz alınmasını da qeyd edib.
20:36 24.09.2026
Oxunuş sayı: 34