Zelenskinin müharibədən sonrakı planları Ukraynada tənqid edildi
Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişə başa çatdıqdan sonra ölkədə qalaraq sakit həyat sürmək istəyi ilə bağlı açıqlaması ukraynalı deputat Aleksey Qonçarenko tərəfindən tənqid olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” Qonçarenkonun “Telegram” kanalında paylaşdığı açıqlamaya istinadən məlumat yayıb.
Deputat Zelenskinin “The Wall Street Journal”a müsahibəsində münaqişə başa çatdıqdan sonra Ukraynada qalacağını və sakit həyat sürməyə ümid etdiyini deməsinə münasibət bildirib.
Qonçarenko bildirib ki, ölkə vətəndaşlarının dövlət qurumlarına münasibəti və müxtəlif problemlərlə bağlı narazılıqları nəzərə alınmalıdır. O, həmçinin Ukrayna hakimiyyətinin fəaliyyəti ilə bağlı mübahisəli məsələlərə və korrupsiya qalmaqallarına diqqət çəkib.
Deputat bu kontekstdə Zelenskiyə yaxın şəxslərin adlarının hallandığı korrupsiya qalmaqallarını da xatırladıb.
Qeyd edək ki, Qonçarenkonun açıqlaması onun şəxsi siyasi mövqeyidir.
19:06 24.09.2026
Oxunuş sayı: 37