Rusiya və Ermənistan Avrasiya inteqrasiyasını müzakirə edib
Rusiya və Ermənistan arasında Avrasiya inteqrasiyası məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 24-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanla görüşüb.
Görüş zamanı tərəflər İrəvanın Avrasiya inteqrasiyası çərçivəsində iştirakı ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl Rusiya-Ermənistan münasibətlərinin əvvəlki kimi olmayacağını bildirib. O, bu dəyişikliklərin konkret şəxs və ya siyasi qüvvə ilə bağlı olmadığını, iki ölkə arasındakı əlaqələrin sülh dövrünün reallıqları nəzərə alınmaqla yenidən nəzərdən keçirilməli olduğunu qeyd edib.
18:21 24.09.2026
Oxunuş sayı: 35