Moldova NATO-ya üzv olmayacaq
Moldova NATO-ya üzv olmaq planının olmadığını və ölkənin neytral statusunu qoruyacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” Moldovanın Baş naziri Vasili Tofanın açıqlamasına istinadən məlumat yayıb.
Tofan bildirib ki, hazırda Kişinyovun əsas diqqəti Avropa İttifaqına üzvlük prosesinə yönəlib. Onun sözlərinə görə, Moldova üçün Avropa İttifaqına inteqrasiya yalnız iqtisadi deyil, həm də təhlükəsizlik məsələsidir.
Baş nazir NATO ilə bağlı ölkəsinin mövqeyinin dəyişmədiyini vurğulayıb. O, Moldovanın neytral dövlət olduğunu və hazırkı mərhələdə bu statusu qorumağı planlaşdırdığını bildirib.
Bununla belə, 2026-cı ilin aprelində NATO ölkələrinin Ukraynaya hərbi yükləri Moldova ərazisindən göndərməyə başladığı barədə məlumat yayılmışdı.
Bundan başqa, avqust ayında Moldova hakimiyyəti ordunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı sənəd layihəsi hazırlayıb. Sənəddə ordunun silah, texnika və xüsusi avadanlıqlarının NATO ölkələrinin istifadə etdiyi sistemlərlə uyğunlaşdırılması nəzərdə tutulur.
18:08 24.09.2026
Oxunuş sayı: 34