Paşinyandan AÇIQLAMA: Ermənistan xarici siyasətini balanslaşdıracaq
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə yaxınlaşması fonunda xarici siyasət kursunu balanslaşdırılmış şəkildə davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “NEWS.am” bu barədə məlumat yayıb.
Nikol Paşinyan bu fikirləri Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Rusiya jurnalistinin sualını cavablandırarkən səsləndirib.
Jurnalist Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirib-etdirməyəcəyini soruşub. Paşinyan ölkəsinin balanslaşdırılmış xarici siyasət yürütmək niyyətində olduğunu bildirib.
Ermənistan baş nazirinə ölkənin həm Avropa, həm də digər istiqamətlərdə siyasət aparması ilə bağlı “iki stulda oturmaq” mümkün olub-olmadığı da sual edilib.
Paşinyan bu yanaşmanı qəbul etməyərək deyib: “Niyə iki stul? Biz bir erməni stulunda otururuq”.
Jurnalist daha sonra Ermənistanın Avropa bazarına ixrac imkanları və Avropa tərəfinin verdiyi vədlərin yerinə yetirilməməsi ehtimalı barədə sual verib.
Paşinyan bunun üçün əsas görmədiyini bildirərək “Niyə aldatmalıdırlar?” deyə cavab verib. O, Ermənistanın bütün tərəfdaşları ilə dürüst və açıq münasibətlər qurmağa çalışdığını və qarşılıqlılığa ümid etdiyini vurğulayıb.
11:01 24.09.2026
Oxunuş sayı: 37