Film gerçək oldu: Alimlər dinozavr faktlarını aşkara çıxardı
Şimali Dakotanın Hell Creek formasiyasında orta məktəb müəllimi Kent Hups 66,5 milyon illik Tyrannosaurus rex izlərini tapıb. Bu, T. rex-ə aid ilk məlum iz cığırıdır.
Crossmedia.az xəbər verir ki, izlər təxminən 90 sm uzunluğunda və 60–80 sm enindədir. Tədqiqatçılar dörd, sonra isə beşinci iz də aşkar ediblər. İz ardıcıllığı dinozavrın təxminən 5,6–7 km/saat sürətlə getdiyini göstərir.
Kəşf “Journal of Vertebrate Paleontology” jurnalında dərc olunub. İzlər sümüklərdən fərqli olaraq T. rex-in hərəkət tərzini birbaşa əks etdirir.
08:00 24.09.2026
Oxunuş sayı: 44