Lavrov Paşinyanın müraciətindən danışdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı açıqlamalarının Rusiya ictimaiyyətində emosional reaksiyaya səbəb olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Lavrov bildirib ki, Rusiya və Ermənistanın baş nazir müavinləri arasında müntəzəm əlaqələr mövcuddur və Ermənistan tərəfini maraqlandıran istənilən məsələ, o cümlədən Rusiya Dəmir Yollarının konsessiyasında olan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı vəziyyət müzakirə edilə bilər.
Nazirin sözlərinə görə, yaranmış problemlərin tərəfdaşlarla müzakirə olunması əvəzinə dərhal ictimaiyyətə açıqlanması Moskvada təəccüb doğurur.
Lavrov Ermənistan tərəfinin “bu, bizimdir və bizə 2 milyard dollar borcludurlar” məzmunlu açıqlamalarını xatırladaraq qeyd edib ki, bu yanaşma iqtisadi təhlillərlə yanaşı, Rusiya vətəndaşlarında emosional reaksiyalara səbəb olur.
10:01 28.08.2026
Oxunuş sayı: 48