Batrakovun milyonluq maaşı ilə bağlı açıqlama
Türkiyənin “Qalatasaray” klubunda çıxış edən rusiyalı futbolçu Aleksey Batrakovun nümayəndəsi Vladimir Kuzmiçev futbolçunun illik €3,25 milyon maaş almasının onun davranışına təsir etməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Çempionat” bu barədə məlumat yayıb. Kuzmiçevin sözlərinə görə, Batrakov iki il əvvəl Rusiya futbolu üçün yüksək hesab olunan müqavilə imzalasa da, bu, onun xarakterinə və davranışına təsir etməyib.
“Bu, ümumiyyətlə, Lyoxa ilə bağlı deyil. İki il əvvəl Rusiya standartlarına görə böyük müqavilə əldə edəndə də hamı narahat idi. Lakin bu, ona heç bir şəkildə təsir etmədi. Batrakov bütün gəlirlərini yetkin insan kimi idarə edir”, - deyə Kuzmiçev bildirib. Batrakov Moskvanın “Lokomotiv” klubunun akademiyasının yetirməsidir. Ötən mövsüm Rusiya Premyer Liqasının ən yaxşı üç bombardirindən biri olan futbolçu 13 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
16:46 22.08.2026
Oxunuş sayı: 59