Sinqapur şirkəti Astanada ikinci hava limanının tikintisində iştirak edə bilər
Sinqapurun “Changi Airport Group” şirkəti Astanada tikilməsi planlaşdırılan ikinci hava limanı layihəsində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Şirkətin baş icraçı direktoru Yam Kum Veng Qazaxıstanın Baş naziri Olcas Bektenovla görüşdə Astanada yeni hava limanının regional aviasiya qovşağına çevrilməsi üçün öz təcrübə, bilik və ekspertizasını təqdim etməyə hazır olduqlarını bildirib.
Qazaxıstan tərəfi Astanada ikinci hava limanının tikintisi ilə bağlı hazırlıq işlərinin aparıldığını qeyd edib. Tikintiyə 2027-ci ildə başlanması planlaşdırılır, lakin hava limanının dəqiq yerləşəcəyi ərazi hələ müəyyənləşdirilməyib.
12:11 22.08.2026
Oxunuş sayı: 58