Tayvanın şimal-şərqində 5,1 maqnitudalı zəlzələ baş verib
Tayvanın şimal-şərqində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, zəlzələnin episentri şənbə günü yerli vaxtla saat 11:40-da adanın şimal-şərq sahilləri yaxınlığındakı sularda, 27,8 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların yaratdığı fəsadlar və xəsarət alanlarla bağlı məlumat verilməyib.
11:21 22.08.2026
Oxunuş sayı: 57