Rusiya Yujnı limanındakı obyektləri vurub
Rusiya Silahlı Qüvvələri Yujnı limanında yanacaq-sürtkü materiallarının saxlandığı çəni və Ukrayna Silahlı Qüvvələri üçün yüklərin saxlanmasına nəzərdə tutulan liman infrastrukturuna aid obyektləri vurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbə nəticəsində limandakı yanacaq-sürtkü materialları çəni və Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yüklərin saxlandığı liman infrastrukturu obyektləri hədəfə alınıb.
20:26 21.08.2026
Oxunuş sayı: 51