Petreus ABŞ-nin Yaxın Şərq siyasətini “Xaç atası” ilə MÜQAYİSƏ ETDİ
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus Vaşinqtonun Yaxın Şərqdəki hərbi-siyasi iştirakını azaltmaq cəhdlərinin uğursuzluqla nəticələnəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Petreus bu barədə “The Cipher Brief” nəşrinin “State Secrets” podkastında danışıb.
Petreus ABŞ-nin regiondan çıxmaq cəhdini “Xaç atası” filmindəki Maykl Korleonenin mafiyadan ayrılmaq istəyinə bənzədib. Onun sözlərinə görə, Vaşinqton regiondan uzaqlaşmağa çalışsa da, müxtəlif səbəblərdən yenidən Yaxın Şərqə qayıtmağa məcbur olur.
“Yaxın Şərqdən çıxmağa çalışmaq ABŞ üçün Maykl Korleonenin mafiyadan çıxmağa çalışmasına bənzəyir. Sizi daim yenidən bu işə cəlb edirlər”, - deyə Petreus bildirib.
Keçmiş MKİ direktoru ABŞ-nin regiondakı mövcudluğunun zəruri olduğunu vurğulayıb və Yaxın Şərqdən tamamilə uzaqlaşmaq cəhdlərini yanlış yanaşma kimi qiymətləndirib.
Qeyd edək ki, Devid Petreus 2011-2012-ci illərdə MKİ direktoru, daha əvvəl isə ABŞ Mərkəzi Komandanlığının komandanı vəzifəsində çalışıb.
12:14 21.08.2026
Oxunuş sayı: 52