ABŞ səfiri: Bu Türkiyə ilə toqquşmaya səbəb ola bilərdi
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak İsrailin Suriyadakı Əbu-Duhur hərbi aviabazasına endirdiyi zərbənin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlama verib. Onun sözlərinə görə, İsrailin zərbəsi sürətli eskalasiya riskini artırıb və Türkiyə ilə birbaşa hərbi toqquşmaya gətirib çıxara bilərdi.
Barrak qeyd edib ki, Türkiyə hərbçiləri İsrailin onlara hücum etdiyini düşünərək döyüş təyyarələrini havaya qaldıra bilərdilər.
“Dünən baş verənlər ciddi və narahatlıq doğuran hadisələr idi. Bununla belə, heç kimin həlak olmamasından və vəziyyətin eskalasiyaya çevrilməməsindən məmnunuq”, – deyə səfir bildirib.
14:59 19.08.2026
Oxunuş sayı: 58