İsrailin zərbə səbəbi ilə bağlı iddiası Türkiyəni qəzəbləndirib
İdlib yaxınlığındakı Suriya aviabazasına endirilən zərbənin məqsədi Türkiyənin bölgədə hərbi mövcudluğunu artırmasının qarşısını almaq olub.
Crossmedia.az ˝Axios˝-a istinadən xəbər verir.
Türkiyəli rəsmi isə bu iddianı təkzib edib.
Onun sözlərinə görə, aviabazada Türkiyə hərbi qüvvələri olmayıb. Rəsmi İsraili qonşu ölkələrə zərbələr endirmək və regionda sabitliyi pozmaq üçün bəhanələr uydurmaqda ittiham edib.
21:38 18.08.2026
Oxunuş sayı: 52