Azərbaycan Prezidenti minatəmizləmədə yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq edib
Azərbaycan Prezidenti İlham Əliyev minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlıq ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə dövlət başçısı avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edərkən bildirib.
Prezident bu sahədə Azərbaycanın daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu vurğulayıb.
15:32 18.08.2026
Oxunuş sayı: 52