Netanyahi Qəzzada bərpa üçün əsas şərti açıqlayıb
İsrail Müdafiə Ordusunun Qəzza zolağında qalacağı və HƏMAS tamamilə silahsızlandırılana qədər bölgənin bərpasına başlanılmayacağı bildirilib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Jared Kuşnerlə keçirilən danışıqlardan sonra bildirib.
Müşavirin sözlərinə görə, İsrail tərəfi HƏMAS-ın silahsızlaşdırılmasını Qəzzada təhlükəsizliyin və bərpa prosesinin əsas şərti hesab edir. euronews
Bu açıqlama Kuşnerin son danışıqlarında da HƏMAS-ın silahsızlaşdırılması məsələsinin əsas mövzulardan biri olması fonunda səslənib
22:16 17.08.2026
Oxunuş sayı: 58