Rusiya MN bir sutkada 316 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son sutka ərzində Rusiyanın müxtəlif regionları üzərində 316 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirir ki, PUA-lar Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Hadisə ilə bağlı Ukrayna tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.
21:36 17.08.2026
Oxunuş sayı: 50