Xorvatiyada Qarabağla bağlı film mükafatlandırılıb
Xorvatiyada keçirilən “Croatian International Film Festival” çərçivəsində erməni əsilli amerikalı rejissor Diana Madisonun 2023-cü il hadisələrinə həsr olunmuş sənədli filmi mükafat alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mətnin müəllifi filmin Qarabağ münaqişəsini birtərəfli şəkildə təqdim etdiyini və hadisələrə əsasən erməni tərəfinin mövqeyindən yanaşdığını iddia edir.
Yazıda festivalın belə bir filmi mükafatlandırması tənqid olunur. Müəllif hesab edir ki, ekran əsərində münaqişənin tarixi konteksti, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hadisələr, qaçqın və məcburi köçkünlərin vəziyyəti, eləcə də dağıdılmış şəhər və kəndlər barədə kifayət qədər məlumat əks olunmayıb.
Müəllif həmçinin bildirir ki, filmin yalnız bir tərəfinin yaşadığı faciələri ön plana çıxarması sənədli filmdə obyektivlik məsələsini gündəmə gətirir.
Yazıda qeyd olunur ki, Xorvatiyada filmin mükafatlandırılması Qərb ölkələrinin beynəlxalq hüquq və ərazi bütövlüyü ilə bağlı mövqeləri fonunda ikili standartlar barədə müzakirələrə səbəb ola bilər.
21:10 17.08.2026
Oxunuş sayı: 109