İordaniya kralı Çinə gedir
İordaniya Kralı II Abdullah avqustun 18-dən 24-dək Çinə rəsmi səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, səfər Çin Prezidenti Si Cinpin tərəfindən edilən dəvət əsasında baş tutacaq. Kral II Abdullahın Çində bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
17:20 17.08.2026
Oxunuş sayı: 44