Qırmızı dənizdə yeni hücum: Husilərdən 5 raket zərbəsi
Yəməndəki husilər Bab əl-Məndəb boğazı ərazisindəki hədəflərə beş ballistik raket buraxıb, raketlərdən dördü boş gəmiyə düşüb.
Crossmedia.az xəbər verir ki, “Caliber.Az” bu barədə məlumat yayıb.
Yəmən Silahlı Qüvvələrindəki mənbənin sözlərinə görə, beş raketdən dördü boş gəmiyə dəyib, biri isə suya düşüb.
Mənbə iddia edib ki, sözügedən gəmi daha əvvəl husilərin raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün nəzərdə tutulan avadanlıqların qaçaqmalçılığında istifadə edildiyi üçün Yəmən Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.
Bununla yanaşı, Qırmızı dəniz sahilində yerləşən Moxa limanına atəşin yenidən başladığı bildirilir.
Moxa limanı son günlər husilərin silsilə raket hücumlarına məruz qalıb. “Reuters”in məlumatına görə, liman avqustun 15-də 25-dən çox raket zərbəsindən sonra kommersiya və dəniz fəaliyyətini dayandırıb. Hücumlar nəticəsində 7 nəfər ölüb, zərərin həcmi isə təxminən 16 milyon dollar qiymətləndirilib.
15:53 17.08.2026
Oxunuş sayı: 51