CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

23:50 04.07.2025

102 il sonra bir ilk: Parisdə Seine çayında üzməyə icazə verildi

320

Fransanın paytaxtı Parisdə 102 ildən sonra Seine çayında üzmək yenidən mümkün olacaq. Nehrin təmizlənmiş hissələrində yaradılan üzgüçülük zonaları sabah ictimaiyyətin istifadəsinə açılır. Paris bələdiyyəsi üç fərqli yerdə – Eyfel qülləsi və Notre-Dame kilsəsi yaxınlığında, eləcə də şəhərin şərq hissəsində pulsuz üzgüçülük sahələri yaradıb. Crossmedia.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu sahələrin 31 avqusta qədər fəaliyyət göstərəcəyi və gündəlik təxminən 1000 nəfərin istifadəsinə açıq olacağı bildirilib. Su keyfiyyəti hər gün nəzarət ediləcək. Keyfiyyətin qənaətbəxş olduğu günlərdə yaşıl bayraq qaldırılacaq, suyun çirkləndiyi hallarda isə sahə bağlanaraq qırmızı bayraq asılacaq. Seine çayının üzmək üçün yararlı hala gətirilməsi üçün 1,5 milyard dollardan çox vəsait xərclənib. Layihə çərçivəsində yeni dezinfeksiya mərkəzləri qurulub və yağışlı havalarda bakteriya ilə yüklənmiş tullantı sularının çaya birbaşa axmasının qarşısını almaq üçün iri saxlama hovuzu tikilib. Parislilər arasında çayın təmizliyinə dair inam fərqlidir – bəziləri təmizliyə güvəndiyini bildirərkən, digərləri ehtiyatlı yanaşır. 18-ci əsrdən sonra Seine çayının suyu çirklənmiş, kolera kimi epidemiyalar yayılmış və bu səbəbdən şəhər sakinləri çayla olan əlaqəsini tədricən itirmişdi. Bununla belə, Paris 1900-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edərkən Seine çayında üzgüçülük yarışları keçirilmişdi. Lakin 1923-cü ildən etibarən çayda üzmək tamamilə qadağan edilmişdi. Səbəb isə tullantıların və çirkab sularının nəzarətsiz şəkildə birbaşa çaya axıdılması ilə yaranan ciddi çirklənmə olmuşdu. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR