Camal Kaşıqçının qətli ilə bağlı istintaq başlanıb
Fransada Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bədəni doğranmış səudiyyəli jurnalist Camal Kaşıqçının qətli ilə bağlı istintaq başlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Paris Magistrat İdarəsi məlumat yayıb.
Məlumata görə istintaqın 2022-ci ildə əsas insan haqları təşkilatları (Sərhədsiz Reportyorlar, Trial International və Ərəb Dünyası üçün Demokratiya) tərəfindən qaldırılan iddiaya cavab olaraq aparılacağını açıqlayıb.
İstintaqa Fransa Milli Terrorla Mübarizə İdarəsi rəhbərlik edəcək.
10:59 17.05.2026
Oxunuş sayı: 50