NATO baş katibi Avropanın aparıcı müdafiə şirkətlərinin rəhbərləri ilə görüşəcək
NATO-nun baş katibi Mark Ruttenin Avropanın ən böyük müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times"məlumat yayıb.
Məlumata görə, görüşdə Avropanın müdafiə istehsal gücünün artırılması, silah və sursat tədarükü, həmçinin alyans ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Qeyd olunur ki, son dövrdə təhlükəsizlik sahəsində artan çağırışlar fonunda NATO üzvü olan ölkələr müdafiə sənayesinə investisiyaların artırılmasına xüsusi diqqət yetirirlər.
10:19 17.05.2026
Oxunuş sayı: 54