20:08 10.11.2026
Bir nəfər başlayır, minlərlə insan qoşulur: Kütlə psixologiyasının təhlükəsi
89
İnsanların fərdi düşüncələri və davranışları kütlə içərisində olduqda bəzən tamamilə dəyişə bilir. Ayrı-ayrılıqda fərqli mövqeyə sahib olan insanlar böyük bir qrupun daxilində eyni fikri müdafiə edə, emosiyalara qapılaraq düşünülməmiş qərarlar verə bilirlər. Bu halı həm real həyatda, ictimai hadisələrdə, həm də sosial şəbəkələrdə aydın şəkildə müşahidə etmək mümkündür. Xüsusilə sosial platformalarda yayılan məlumatlar, kütləvi reaksiyalar, linç mədəniyyəti və insanların başqalarının fikirlərinə uyğun davranmaq meyli kütlə psixologiyasının təsirini daha da artırır. Bəs kütlənin düşüncə tərzi cəmiyyətin inkişafına necə təsir edir?