İran: Terrorçu qruplara qarşı tədbirlər davam edir
Iranın Qərbi Azərbaycan əyalətinin Sərhəd Mühafizə Xidməti ölkə sərhədlərinin o tayında fəaliyyət göstərən terrorçu qruplara qarşı tədbirlərin davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “IRNA” bu barədə məlumat yayıb.
Sərhəd Mühafizə Xidmətinin komandanı, briqada generalı Məhəmməd Əhmədi bildirib ki, həmin qrupların İran sərhədlərinin o tayında toplantı keçirməsinə belə imkan verilməyib.
Onun sözlərinə görə, qrupların İranın mümkün hücumlarından ehtiyat edərək dağılışmasından sonra aparılan kəşfiyyat tədbirləri və dəqiq əməliyyatlar nəticəsində onların gizləndikləri məkanlar müəyyən edilərək hədəfə alınıb.
Əhmədi həmçinin qeyd edib ki, son müharibə zamanı İran sərhədlərinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilib və sərhədlərə qarşı hər hansı təcavüzə imkan verilməyib.
15:13 28.08.2026
Oxunuş sayı: 41