Britaniyanın Ukraynaya dəstəyi yenidən nəzərdən keçirilə bilər
Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naqel Faraj ölkəsinin Ukraynaya göstərdiyi dəstəyi diqqətlə nəzərdən keçirməyin vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Naqel Faraj 12 oktyabr tarixində İngiltərənin Lempn şəhərində açıqlama verib.
Faraj Ukraynanı “dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri” adlandırıb və Britaniyanın ayırdığı vəsaitin bir hissəsinin hara xərcləndiyindən ciddi narahatlıq keçirdiyini deyib. Bununla yanaşı, o, Rusiya Prezidenti Vladimir Putindən qaynaqlanan təhlükənin hazırda əvvəlkindən daha böyük olduğunu da etiraf edib.
“Reform UK” lideri Ukraynaya dəstəyin tamamilə dayandırılmasının tərəfdarı olmadığını vurğulayıb. O bildirib ki, Britaniya vergiödəyicilərinin vəsaitinin korrupsiya nəticəsində mənimsənilmədiyinə əmin olmaq üçün ayrılan yardımların diqqətlə yoxlanılmasını istəyir.
22:42 12.10.2026
Oxunuş sayı: 46