Azərbaycan güləşçiləri Rusiyada iki qızıl medal qazandılar
Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə iki qızıl medal qazanıblar. Elvin Necəfzadə və Cavanşir Süleymanov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Oktyabrın 10-11-də olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda 15 ölkədən 300-dən çox 16 yaşadək idmançı mübarizə aparıb.
U15 milli komandasının böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında turnirdə iştirak edən Azərbaycan güləşçilərindən ikisi qızıl medal qazanıb.
Avropa çempionu Elvin Necəfzadə 85 kq çəki dərəcəsində, Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da bütün rəqiblərini məğlub edərək birinci yeri tutub.
Qeyd edək ki, yarışda III dərəcəli beynəlxalq hakim Nihad Muradov da hakimlik edib.
21:11 12.10.2026
Oxunuş sayı: 50