Azərkeş futbolçuya stəkan atdığı üçün saxlanılıb
Türkiyədə “Beşiktaş” və “Kocaelispor” komandaları arasında keçirilən futbol matçında qonaq komandanın futbolçusu Daniel Agyeiyə plastik su stəkanı atan azarkeş barəsində cinayət işi üzrə tədbirlər görülüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisə Tüpraş stadionunda keçirilən qarşılaşmada “Kocaelispor”un qolundan sonra baş verib. Tribunadan meydançaya atılan plastik su stəkanının Kocaelisporlu futbolçu Daniel Ebenezer Kwasi Agyeiyə dəydiyi müəyyənləşdirilib.
İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə şübhəli E.S. saxlanılıb. Polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra o, məhkəməyə göndərilib.
Prokurorluqda ifadə verən şübhəli “idman meydançalarında silahla qəsdən xəsarət yetirmə” ittihamı ilə həbs olunması tələbi ilə hakim qarşısına çıxarılıb.
19:38 12.10.2026
Oxunuş sayı: 44