Madrid-Barselona qatarında yanğın baş verib
İspaniyada Madrid-Barselona marşrutu üzrə hərəkət edən sürətli qatarda yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, 283 sərnişin təxliyə edilib.
Crossmedia.az xəbər verir ki, yanğın Saragosa şəhəri yaxınlığında, Rikla və Plasensiya-de-Xalon yaşayış məntəqələri arasındakı dəmir yolu xəttində qeydə alınıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində dəmir yolu xəttinin elektrik enerjisi kəsilib və qatardakı bütün sərnişinlər təxliyə ediliblər.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Yanğın səbəbindən marşrut üzrə bir sıra qatar reysləri də ləğv edilib.
23:56 12.10.2026
Oxunuş sayı: 48