Süni intellekt şirkətlərinin kitab sifarişləri şübhələrə səbəb olub
Süni intellekt şirkətlərinin kitab və nəşriyyat materiallarından müəllif hüquqları üçün ödəniş etmədən istifadə etməsi nəşriyyat sektorunda yeni mübahisələrə səbəb olub. Sektor nümayəndələri məzmunlardan istifadə şərtlərinin şəffaf olmasını və hüquq sahiblərinin ədalətli şəkildə qorunmasını tələb edirlər.
Crossmedia.az xəbər verir ki, nəşriyyat sektorunda süni intellekt şirkətlərinin kitabları kütləvi şəkildə alaraq skan etməsi, rəqəmsallaşdırdıqdan sonra isə məhv etməsi ilə bağlı iddialar müzakirələrə yol açıb.
Bu iddialar Avropadakı ikinci əl kitab satıcılarının narazılığına səbəb olub. Oxşar halların başqa ölkələrdə də baş verdiyi bildirilir.
Xüsusilə akademik nəşrlərə və nadir kitablara verilən iri həcmli sifarişlər şübhələr yaradıb. Türkiyədən kitab sifariş edən bəzi şirkətlərin etik davranışı ilə bağlı da müzakirələr aparılır.
Nəşriyyat sektorunun nümayəndələri süni intellekt sistemlərinin təlimi üçün istifadə olunan kitab və digər nəşrlərin hansı şərtlərlə əldə edildiyinin açıqlanmasını, müəlliflərin və digər hüquq sahiblərinin maraqlarının qorunmasını vacib hesab edirlər.
03:48 13.10.2026
Oxunuş sayı: 42