Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri qəsdən yandıran şəxslər saxlanılıb. Təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az xəbər verir ki, şəxslər özgə əmlakını qəsdən məhv etməkdə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıblar.
Onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Hazırda iş üzrə ibtidai istintaq davam edir, dəlil və sübutlar toplanır.
Qeyd edək ki, oktyabrın 10-da baş verən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı avtomobillərin yanar hissələri, eləcə də “Renault” markalı avtomobil qismən yanıb. Yüksək temperaturun təsirindən “Baic” markalı avtomobilin arxa işığı da qismən əriyib.(Qafqazinfo)
20:50 12.10.2026
Oxunuş sayı: 49