Bakının bu küçəsində qaz olmayacaq
Oktyabrın 13-də Bakının Nizami rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məhdudiyyət qaz sızmasının aradan qaldırılması ilə əlaqədar tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qaz təchizatı qısamüddətli dayandırılacaq.
21:18 12.10.2026
Oxunuş sayı: 46